Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Ermənistan XİN: “Qarabağla bağlı danışıqlar uğurlu olub”

Ermənistan XİN: “Qarabağla bağlı danışıqlar uğurlu olub”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında keçirilən görüşü müsbət qiymətləndirib,Moderator.az RİA Novosti-yə istinadən xəbər verir.
“Bugünkü görüş faydalı oldu. Müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi” – , E.Nalbandyan jurnalistlərə açıqlamasında deyib.
Nazir görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb:
“Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın