Ana səhifə / Sosial / Ermənistan mediası Türkiyə ermənilərini üsyana qızışdırır

Ermənistan mediası Türkiyə ermənilərini üsyana qızışdırır

Samir Adıgözəlli: “Türkiyə Silahlı Qüvvələri onların da vətəndaşı olduqları dövlətin sərhədini qoruduğu üçün bu mənzərə alınıb”
“Onların etirazı üçün ciddi əsas görünmür”

Nankor xislətli millət kimi hər zaman arxada vurmaq üçün fürsət gözləyən ermənilər gərginləşən Rusiya-Türkiyə münasibətlərindən maksimum qazancla çıxmaq istəyir. Cənubi Qafqazda daima Rusiyanın əlində dəyənək rolunu oynayan ermənilər eyni zamanda Türkiyə ilə tarixi düşmənçilik aparır.
Onlar bunu heç gizlətmir də. Bizim isə torpağımızı öz havadarlarının dəstəyi ilə işğal etdikdən sonra bölgədə bütün yaranan fürsətlərdən maksimum dərəcədə öz məqsədləri üçün yararlanmaq istəyirlər. Son zamanlar Rusiya ilə Türkiyə arasında siyasi və iqtisadi sahədə normal münasibətlərin qurulması ən çox Ermənistanı narahat edirdi. Məlum olduğu kimi, Suriyada Rusiyanın fəallaşması Türkiyənin də maraqlarına ciddi toxunmağa başladı. Hətta iş o yerə çatdı ki, Rusiyaya məxsus hərbi təyyarə bütün xəbərdarlıqlara baxmayaraq, Türkiyənin hava məkanını pozdu. Təbii ki, bunun da cavabı Türkiyənin etdiyi kimi olmalı idi. Yəqin ki, iki ölkə arasında yaşanan bu gərginlik tez bir zamnda öz müsbət həllini tapacaq. Biz bunu istəyirik, amma qalmaqalın uzun müddət davam etməsini istəyənlərdən biri də Ermənistandır. Bu ölkənin son davranışları da bunu deməyə tam əsas verir. Artıq Ermənistan saytları Türkiyədə yaşayan erməniləri vətəndaşları olduqları ölkənin üzərinə qaldırmaq istəyir. Onlardan vurulan təyyarəyə görə Türkiyədə etiraza qalxmaq tələb edilir. Ermənistan bununla nəyə nail olmaq istəyir?
Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, ermənilərdən bizə və Türkiyəyə qarşı hansısa təxribatı gözləmək o qədər də təəccüblü deyil:

“Çünki tarixən bu millət belimizə xəncər sancmağa fürsət axtarıb. Yaxın Şərqdə baş verən hadisələrə Türkiyə seyrçi qala bilməz. Rusiya öz sərhədlərindən çox-çox uzaqlarda gəlib maraqlarını təmin etmək istəyirsə, Türkiyə niyə bunu etməsin? Təyyarə məsələsində isə Türkiyə tam haqlıdır. Çünki onun sərhədləri pozulub. Rusiya tərəfindən belə bir səhv bir dəfə də edilmişdi. Artıq bu, Türkiyənin əsəblərini tarıma çəkməkdir. Təbii ki, belə bir gərginlik ermənilərin işinə daha çox yarayır. Mən təəssüf edirəm ki, bizim ölkənin daxilində də anti-Türkiyə şüarları səsləndirilir. Xüsusilə də bizim Rusiyada olan diaspor nümayəndələrimiz sosial şəbəkələrdə Türkiyənin təqsirkar olduğuna dair statuslar paylaşır. Mən onları başa düşürəm ki, asılı durumdadırlar. Ancaq ən yaxşı münasibət danışmamaq olardı. Türkiyə bizi hər yerdə təmənna güdmədən müdafiə edib. Yadınızdadırsa İran bizim hava məkanımızı pozanda məhz onların şahinləri imdadımıza yetdi. Ermənistan saytları daim provokasiya aparır. İndi də Türkiyə vətəndaşları olan ermənilərə ünvanlanan müraciətlərin heç bir faydası olmayacaq.
Əvvəla Türkiyə erməniləri provokasiyaya getməz. İkincisi isə, Türkiyədəki ermənilərin sayı o qədər də çox deyil ki, onlar ciddi bir təşviş yarada bilsinlər. Özü də ermənilər nəyə etiraz edəcək? Türkiyə Silahlı Qüvvələri onların da vətəndaşı olduqları dövlətin sərhədini qoruduğu üçün bu mənzərə alınıb. Onların etirazı üçün ciddi əsas görünmür”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın