Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Ermənilərin “komandosu” Qarabağdakı separatçılara qarşı – ŞOK ETİRAF

Ermənilərin “komandosu” Qarabağdakı separatçılara qarşı – ŞOK ETİRAF

Ermənistan ordusunun “gücü” haqda daim populist çıxışlar edən “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan ölkəsinin acınacaqlı vəziyyəti haqda etiraflar edib.

Publika.az xəbər verir ki, Ter-Tadevosyan insanların Ermənistanı tərk etdiyini, əhalinin acınacaqlı vəziyyətdə yaşadığını bildirib.

“Kasıb ölkədə zəngin yaşamaq ayıbdır” deyən “komandos” Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma “DQR” rejiminin “nazirlərinin” bahalı avtomobillər sürdüyünə diqqət çəkib.

“Təmtəraqlı xidməti avtomobillər sürmək üçün 350 min dollar ayırırlar. Müharibə vəziyyətində bu cah-calal nəyə lazımdır? Kasıb ölkədə zəngin yaşamaq ayıbdır. Xalq ölkəni tərk edir, başqa ölkələrə gedirlər. Çünki burada iş yoxdur”, – deyə o bildirib.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın