Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub.

Belə ki, erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …