Ana səhifə / Sosial / Erməni qızın ABŞ-da tərbiyəsizliyi – VİDEO

Erməni qızın ABŞ-da tərbiyəsizliyi – VİDEO

Erməni lobbisinin Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında keçirtdiyi aksiyanın sonunda aqressiv erməni qız maşınını azərbaycanlıların üstünə sürüb.

Hadisənin kadrlarını ANS-in kamerası lentə alıb. Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) erməni lobbisinin bir qrup üzvü Azərbaycanın Vaşinqtondakı səfirliyi qaşrısında toplaşaraq etiraz aksiyası keçirməyə çalışıblar. Okeanın o tayındakı ermənilər də Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentləri və 3 günlük müharibənin başlama səbəbini Bakının ayağına yazmağa çalışıblar. Lakin Birləşmiş Ştatlarda yaşayan həmyerlilərmiz ermənilərin bu cəhdini uğursuzluğa düçar ediblər.

Amerika Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçiləri Bədir Məmmədli, Yusif Babanlı və Adil Bağırovun rəhbərlik etdiyi cavab məqsədli etiraz aksiyasında Ermənistanın yalanını ortaya çıxaran faktlar sərgilənib. Ermənistan ordusunun cəbhə xəttində mülki insanları və azyaşlıları öldürməsini əks etdirən fotoşəkillər nümayiş olunub.

Ermənilər kimliklərini burada da gizlədə bilməyiblər. Aksiyanın sonunda qəddar bəyanatlar səsləndirən erməni etirazçılardan biri davranışı ilə özlərini bir daha nümayiş etdirib. O, idarə etdiyi avtomobili qəzəblə azərbaycanlıların üstünə sürərək qorxutmaq istəyib. Lakin hadisələr tam başqa yöndə cərəyan edib.

Aksiyanı müşayiət edən polis qəzanın necə baş verdiyini görüb və həmin erməni qızı saxlayıb. Buna baxmayaraq qəzəbənmiş erməni qız kameramıza hücum çəkməkdən özünü saxlaya bilmədi.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın