Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Ermənistan müharibəyə hazırlaşır – POLİTOLOQ

Ermənistan müharibəyə hazırlaşır – POLİTOLOQ

Son zamanlar rusiyalı dövlət rəsmilərinin Azərbaycana intensiv səfərləri gündəlikdə dayanan bir çox məsələlərlə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Bakı Moskva üçün təkcə Cənubi Qafqazda yox, daha geniş regionda maraqlı tərəfdaş kimi görünür:

“Son zamanlar rusiyalı dövlət rəsmilərinin Azərbaycana intensiv səfərləri gündəlikdə dayanan bir çox məsələlərlə bağlıdır. Təhlükəsizlik məsələsi ön planda durur və təkcə Cənubi Qafqaz deyil, Cənub-Qərbi Asiya məkanı da nəzərdə tutulur. Rusiya ümumiyyətlə bu regionda təhlükəsizlik sahəsində əməkdaşlığa üstünlük verir. Rusiya başa düşür ki, Azərbaycanın artan hərbi, siyasi və iqtisadi imkanları regionda daha mühüm proqramları reallaşdırmağa imkan verir. Moskva nəinki öz maraqlarını qoruyur, üstəlik, bu məsələdən maksimum yararlanmağa çalışır”.

Politoloq bildirib ki, əslində, Rusiya yeni Qarabağ müharibəsinin baş verməsini istəmir:

“Ancaq real proseslər göstərir ki, Ermənistanda seçkiləri müharibə partiyası qazandıqdan sonra proseslər üzü müharibəyə doğru gedir. Belə vəziyyətdə lokal müharibələr qaçılmazıdır. Əlbəttə, region iştirakçıları, xüsusilə də Rusiya bu məsələyə diqqətsiz yanaşa bilməz. Hazırda ümid yenə də məsələnin danışıqlar prosesi çərçivəsində həllinədir. Düşünmürəm ki, son hadisələr bu və ya digər şəkildə Qarabağ prosesinin indiki durumuna təsir edəcək. Əgər hansısa ciddi addımlar atılmazsa, bu, çox çətindir. Hər halda burada təşəbbüs elə məhz Rusiyadan gəlməlidir”.

Qeyd edək ki, Ermənistan ordusu Azərbaycanın işğal edilmiş Ağdam rayonunda hərbi təlimlər keçirir.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın