Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Ermənilər mülki əhalini hədəf alan mina sahələri yaradıblar – VİDEO

Ermənilər mülki əhalini hədəf alan mina sahələri yaradıblar – VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində sırf mülki əhaliyə yönəlmiş mina sahələri yaratdığını bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən içəridə baş verib:

“Ermənilər mülki əhalini hədəf alan mina sahələri yaradıblar. Mina döşənən ərazilər tək keçmiş təmas xətti deyil. Qarşı tərəf təəssüf ki, heç bir məntiqə uyğun olmayan və sırf mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb”, – ANAMA sədri söyləyib.

Ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …