Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Erməni ekspertlər aprel döyüşlərini təhlil edirlər

Erməni ekspertlər aprel döyüşlərini təhlil edirlər

«Aprel hadisələrindən iki mühüm nəticə çıxır: Birincisi, bu bizim xoşumuza gəlsə də, gəlməsə də, ilk dəfə Azərbaycan ərazilər tutmağa nail olub. İkincisi, bu, böyük əhəmiyyət daşıyır. Bu hadisələr nəticəsində bəlli oldu ki, korrupsiya milli təhlükəsizliyə təhdiddir. İndi bu, daha böyük əhəmiyyət kəsb edir, çünki seçki ərəfəsində müzakirə gündəmini formalaşdırır». Bu fikri AzatutyunTV-nin efirində Regional Araşdırmalar Mərkəzinin direktoru Richard Giragosian səsləndirib.

Politoloq Aleksandr Iskandarian-ın fikrincə, aprel müharibəsi göstərib ki, bu məsələ hərbi yolla həll oluna bilməz.

Aleksandr Iskandarian

Aleksandr Iskandarian

«Azərbaycan 22 il müharibəyə hazırlaşıb. Son dörd-beş ildə 20 milyard dollardan çox vəsait xərclənib. Əməliyyat yetərincə savadlı idi. Çox güman ki, əməliyyat, belə deyək, başqa ölkələrdən olan məsləhətçilər tərəfindən planlaşdırılmışdı. Texnika kifayət qədər sanballı idi. Qarabağlılardan fərqli olaraq, Azərbaycan döyüşlərə xüsusi təyinatlıları çıxarmışdı. Bütün bunların nəticəsində, sadəcə, iki kartof tarlası zəbt olunub. Azərbaycanın məqsədinin bu kiçik əraziləri tutmaq olduğunu düşünmək mümkün deyil», – deyə A.Iskandarian qeyd edib.

«…NƏTİCƏLƏR QAT-QAT AĞIR OLARDI»

Politoloq Hakob Badalian-ın fikrincə, aprel döyüşləri gedişində aydın görünüb ki, 20 illik atəşkəs dövründə Ermənistanın hərbi-siyasi elitası birinci Qarabağ müharibəsinin arxayınlığına qapılıb.

Hakob Badalian

Hakob Badalian

«Əsgərlərin, könüllülərin şücaəti, cəmiyyətin dəstəyi, ön xətdəki zabitlərin mətinliyi olmasaydı, düşünürəm ki, Ermənistandan ötrü nəticələr qat-qat ağır ola bilərdi», – deyə politoloq vurğulayıb.

Bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində 4-günlük toqquşmalar baş verib. Hər iki tərəf xeyli itki verib. Azərbaycan tərəfi həmin döyüşlər zamanı 2 min hektar ərazini işğaldan azad etdiyini bildirib. Bundan sonra münaqişənin nizamlanmasıyla bağlı danışıqlar intensivləşib. Vasitəçilər tərəfləri danışıqlarda kompromisə çağırsalar da, Azərbaycan və Ermənistan liderləri açıq bəyanatlarında bunun mümkün olmaması fikirlərini səsləndirirlər. (Azadliq.org)

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın