Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Sosial / Erməni deputat: “KTMT və Rusiya beş rayonun Azərbaycana verilməsinə razıdır”

Erməni deputat: “KTMT və Rusiya beş rayonun Azərbaycana verilməsinə razıdır”

Bu gün “Azad demokratlar” partiyasının sədri, Ermənistan Milli məclisinin deputatı Xaçatur Kokobelyan jurnalistlərlə söhbətində bir sıra səs-küylü açıqlama verib. O deyib:
“Dəqiq anlamaq lazımdır ki, KTMT bu gün yalnız Rusiya tərəfindən həyata keçirilən siyasətin maraqları üçün istifadə edilir.
Dörd günlük aprel müharibəsindən sonra Rusiya faktiki olaraq Dağlıq Qarabağın ətrafındakı beş rayonun qaytarılmasına razılıq verib. Bu barədə həmin ölkənin hakimiyyətinin rəsmi mövqeyini təmsil edən şəxslər çəkinmədən danışırlar.
Təəssüflə bildirməliyəm ki, indiyə qədər erməni tərəfi bu məsələyə rəsmi cavab verməyib. Ermənistan parlamentinin deputatı kimi mən Ermənistanın Müdafiə Nazirliyinə və XİN-ə rəsmi sorğu göndərməyə hazırlaşıram, belə ki, bu məsələ ətrafında heç bir müzakirə aparılmayıb, erməni tərəfi hər hansı bəyanat verməyib”, – Kokobelyan deyib.
Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, deputatın sözlərinə görə, Bakının KTMT-yə təsiri həmin qurumun üzvü olan Ermənistandan daha güclüdür.
“KTMT bugünkü siyasi hakimiyyətə uyğunlaşdırılmış alətdir və bunun vasitəsilə Ermənistanın təhlükəsizliyi məsələsi həll edilə bilməz. Buna ən yaxşı sübut odur ki, KTMT-nin iclasının gedişatında KTMT üzvü olan heç bir dövlətin prezidenti aprel müharibəsindən danışmadı, baxmayaraq ki. Ermənistan bu qurumun tam hüquqlu üzvüdür. Buradan belə nəticə çıxarmaq olar ki, rəsmi Bakının KTMT-yə təsiri bizimkindən daha çoxdur”, – erməni deputat deyib.

Həmçinin oxuyun

Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı – QİYMƏTLƏR

Düz 25 gündən sonra yeni tədris ili başlayır. Bu ərəfədə valideynlərin əsas işi uşaqları məktəbə …

Bir cavab yazın