Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Sosial / Ərəb biznesmen Azərbaycanda adı “Qırmızı kitab”a düşən quş ovladı – VİDEO

Ərəb biznesmen Azərbaycanda adı “Qırmızı kitab”a düşən quş ovladı – VİDEO

Xarici vətəndaşlardan biri Azərbaycanda adı “Qırmızı kitab”a salınan bəzgək quşlarını ovlayıb.

Həmin şəxs bununla bağlı görüntüləri özünün instaqram səhifəsində paylaşıb.

Aparılan araşdırmalardan sonra həmin şəxsin Suriya vətəndaşı, biznesmen Belal Aldaas olduğu məlum olub.

Demək olar ki, hər il nadir quş növlərinin ovlanması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılır. Bu, ölkəmizdə hansı heyvanların ovuna və hansı qaydalarla icazə verildiyini aktuallaşdırır.

Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov “Xəzər Xəbər”ə bildirib ki, xarici vətəndaşlara ov etmək üçün icazə üçün müəyyən tələblər var.

Mütəxxəsis qeyd edib ki, ov turizmin ekstremal növü olduğundan bəzən yazılan qaydalara riayət olunmur.

Ona görə də qanundan kənar halla qarşılaşdıqda ETSN-nin əməkdaşları tərəfindən aşkarlanan fakta uyğun cərimə və cəza tətbiq olunur.

Ramin Zamanov onu da qeyd edib ki, cərimələr ovlanan heyvanın növünə görə fərqlidir. Əcnəbilər arasında adı “Qırmızı kitab”a düşən heyvanların ovlanmasında daha çox ərəb turistlər üstünlük təşkil edir.

Həmçinin oxuyun

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində stasionar şəraitdə müalicə …