Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Er­mə­nis­tan aq­res­siv si­ya­sət üzün­dən qon­şu­la­rı­nı də­mir-be­ton sər­həd çək­mə­yə va­dar edir…

Er­mə­nis­tan aq­res­siv si­ya­sət üzün­dən qon­şu­la­rı­nı də­mir-be­ton sər­həd çək­mə­yə va­dar edir…

Fə­rəc Qu­li­yev: “Yax­şı olar ki, sə­fir­lik­lə əla­qə sax­la­ya­sı­nız”
Sa­mir Adı­gö­zəl­li: “Xü­su­si­lə də Tür­ki­yə ilə mü­na­si­bət­lə­ri düş­mən­çi­lik sə­viy­yə­sin­də olan Er­mə­nis­tan­la bağ­lı be­lə ad­dı­mın atıl­ma­sı da­ha məq­sə­də­uy­ğun­dur”

Tür­ki­yə Er­mə­nis­tan­la sər­həd bo­yun­ca di­var tik­mə­yi plan­laş­dı­rır. Bu mə­sə­lə ha­zır­da Tür­ki­yə­nin mil­li mü­da­fiə və ma­liy­yə na­zir­lik­lə­ri ara­sın­da mü­za­ki­rə olu­nur. 3 metr hün­dür­lü­yün­də ola­caq be­ton blok­lar­dan iba­rət di­var Tür­ki­yə­nin Ər­də­han, Qars və İğ­dır vi­la­yət­lə­ri bo­yun­ca ucal­dı­la­caq.
Qeyd edək ki, ha­zır­da Tür­ki­yə Su­ri­ya ilə sər­həd­də di­va­rın ucal­dıl­ma­sı­nı da­vam et­di­rir. Bu­ra­da iş­lə­rin bu ilin ap­rel ayın­da ba­şa çat­dı­rı­la­ca­ğı göz­lə­nir.
Tür­ki­yə­nin məhz Er­mə­nis­tan­la sər­həd­də be­lə sədd çək­mək pla­nı nə ilə bağ­lı­dır?
Mil­lət və­ki­li Fə­rəc Qu­li­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, bu ba­rə­də mə­lu­ma­tı mət­bu­at­dan alıb: “Nə­sə fi­kir bil­dir­mə­yə çə­tin­lik çə­ki­rəm. Yax­şı olar ki, sə­fir­lik­lə əla­qə sax­la­ya­sı­nız”.
De­yi­lən böl­gə­lər­də tez-tez təd­bir­lər ke­çi­rən Dün­ya Azər­bay­can­lı­la­rı Konqre­si­nin rəs­mi­si Sa­mir Adı­gö­zəl­li “Bakı-Xəbər”ə  bil­dir­di ki, de­yi­lən əra­zi­lər çox qa­rı­şıq­dır:

“Xü­su­si­lə də Qars və İğ­dır böl­gə­sin­də əha­li­nin et­nik tər­ki­bi yek­cins de­yil. Ha­zır­da Tür­ki­yə­yə xa­ri­ci qüv­və­lər tə­rə­fin­dən bö­yük təh­did­lər var. Öl­kə­nin da­xi­lin­də ter­ror aktla­rı­nın xa­ri­ci qüv­və­lər tə­rə­fin­dən hə­ya­ta ke­çi­ril­mə­si da­nıl­maz­dır. Bu da o an­la­ma gə­lir ki, Tür­ki­yə­nin qon­şu öl­kə­lər­lə ara­sın­da­kı sər­həd­lər­də mü­əy­yən boş­luq var. Mət­bu­at­dan al­dı­ğım mə­lu­ma­ta gö­rə, Tür­ki­yə ana­lo­ji ad­dı­mı Su­ri­ya ilə sər­hə­din­də də atır. Məhz bu mə­qam­da sər­həd­lə­rin da­ha eti­bar­lı mü­ha­fi­zə­si zə­ru­ri­dir. Xü­su­si­lə də Tür­ki­yə ilə mü­na­si­bət­lə­ri düş­mən­çi­lik sə­viy­yə­sin­də olan, da­im qar­daş öl­kə­yə qə­rəz­li mü­na­si­bət bəs­lə­yən Er­mə­nis­tan­la bağ­lı be­lə ad­dı­mın atıl­ma­sı da­ha məq­sə­də­uy­ğun­dur. Be­ton sədd da­ha eti­bar­lı mü­ha­fi­zə de­mək­dir. Çox doğ­ru ad­dım he­sab edi­rəm”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …

Bir cavab yazın