Şənbə , İyul 20 2019
Ana səhifə / Sosial / Elza Seyidcahan seçiciləri ilə görüşdü – FOTOLAR

Elza Seyidcahan seçiciləri ilə görüşdü – FOTOLAR

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan (Qasımova) seçiciləriylə görüşüb.

Moderator.az xəbər verir ki, E.Seyidcahan, yaxın dostu, ictimai xadim Hacı Quliyev ilə birlikdə seçicilərinin qarşısına çıxıb. Namizədə dəstək olan H.Quliyev bildirib ki, seçicilər Elza Seyidcahanı böyük hörmət və rəğbətlə qarşıyıblar.

Bundan əlavə, H.Quliyev öz çıxışında Azərbaycanda keçirilən demokratik seçkilər barəsində danışaraq, seçiciləri Elza Seyidcahana səs verməyə çağırıb. O, qeyd edib ki, seçicilər Elza Seyidcahana inandıqlarını və ona etimad göstərdiklərini vurğulayıblar.

Həmçinin E.Seyidcahan və H.Quliyev həm Şabranda, həm də Siyəzəndə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 2-ci bəndinə əsasən, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir.

2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir. Buna görə də MM-ə seçkilər noyabrın 1-də keçiriləcək.

Həmçinin oxuyun

Qızını diləndirən qaraçı qadın: “Məcburuq, çörəyimiz buradan çıxır” – Video

Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də …

Bir cavab yazın