Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Elxan Mehdiyev: “SSRİ dağılandan bəri Amerika ilk dəfədir belə radikal addımlar atır”

Elxan Mehdiyev: “SSRİ dağılandan bəri Amerika ilk dəfədir belə radikal addımlar atır”

“Rusiya və ABŞ arasındakı gərginliyə ən çox göstərilən səbəb rəsmi Moskvanın 2016-cı ildə Amerikada keçirilən seçki kampaniyasına müdaxilə etməsidir”.

Bunu “Sherg.az”a Rusiya və ABŞ arasında yaranmış yeni gərginliyə münasibət bildirərkən konfliktoloq Elxan Mehdiyev deyib.  O bildirib ki, bu məsələ ilə bağlı hədsiz yazılar dərc olunur, müxtəlif iddialar ortaya atılır: “Hətta deyilir ki, prezident Donald Trampın əvvəlki evinə də polis cəlb olunub, yoxlamalar aparılıb. Onun yaxın adamları da dindirilməyə çağırılıb. Bütün bunlar Rusiyanın prosesə nə dərəcədə qoşulduğunu, müdaxilə etdiyini üzə çıxartmaq üçün idi. Çünki Amerika hökuməti xüsusi müşavir təyin edib, həmin məsələləri araşdırsın. Düşünürəm ki, bütün araşdırmaların əsasında bu hadisələr baş verir. Dekabr ayında rus diplomatlarının Amerikadan çıxarılmasına cavab olaraq, amerikan diplomatların Rusiyada sayının azaldılması ortaya atıldı. Növbəti cavab tədbiri kimi indi Amerika tərəfi Rusiyanın San-Fransiskodakı konsulluğunu ləğv etdi. Bundan əlavə Rusiyanın bəzi idarələrini də qapatmış vəziyyətdədir. Bu baxımdan Sovetlər dağılandan sonra başlayan Rusiya-Amerika yaxınlaşmasından sonra Amerika ilk dəfədir bu cür radikal addımlar atır”.

Qeyd edək ki, Rusiyanın San Fransiskodakı Baş Konsulluğu, Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəliklərinin yerləşdiyi binalar Dövlət Departamentinin tələbi ilə Amerika tərəfinə verilib. Rusiya tərəfi binalarda FTB əməkdaşlarının iştirakı ilə qanunsuz axtarışların aparıldığını iddia edir. ABŞ tərəfi isə FTB-nin iştirakını inkar edir və söhbətin axtarışlardan deyil, adi yoxlama və ya təftişdən getdiyini iddia edir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın