Ana səhifə / Sosial / Elşad Musayev: “Bu xalq bir tikə qara çörək, bir “kusok” sala və bir “çappa” araqla …”

Elşad Musayev: “Bu xalq bir tikə qara çörək, bir “kusok” sala və bir “çappa” araqla …”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Rusiya təyyarəsinin vurulması ilə bağlı fikirlərini bildirıb. Azinforum.az onun fikirlərini təqdim edir: “Rusiyada sadə insanlar 100 illərdir ki, adam yerinə qoyulmur. Müharibəsiz, qansız, qadasız bu ölkə idarə olunmur. Mütləq kiminsə torpağını işğal etməli, kiməsə güllə atmalı, ölməli-öldürməlidilər. Avropadan fərqli olaraq buradakı insanların əksəriyyəti də demokratiya-zad istəmir. Bu xalq bir tikə qara çörək, bir “kusok” sala və bir “çappa” araqla on illiklər yola verər. Rəhbərləri belə öyrədib bu xalqı. Çarları da, Baş Katibləri də, prezidentləri də isterika, hikkə, imperiya ambisiyası ilə ölkəni idarə ediblər. Vurulan rus uçağı ilə bağlı rasional düşünən, danışan, barışdırıcı mövqedə olan bircə nəfər rus siyasətçisinə rast gəlindimi? Yox. Yalnız radikallıq… Bizim hakimiyyətdə təmsil olunan ruspərəstlər də yalnız radikallığı, qarşıdurma üsullarını məqbul bilir və cəmiyyəti, iqtidar-müxalifət münasibətlərini, dövlətimizlə demokratik dünya arasındakı ilişkiləri daim gərginlikdə saxlayır, amma bizim Rusiyadan nə qədər fərqli olduğumuzu anlamırlar…”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın