Bazar ertəsi , May 20 2019
Ana səhifə / Sosial / Elmlər Akademiyası: Xəzər dənizi quruya bilər

Elmlər Akademiyası: Xəzər dənizi quruya bilər

“Planetin temperaturunun istiləşməsi gələcəyin ən böyük problemidir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir: “Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır”.

Xatırladaq ki, bir vaxtlar dünyanın dördüncü ən böyük gölü sayılan Aral dənizi Qazaxıstanla Özbəkistanın sərhədində yerləşir. Ötən əsrin 50-ci illərində həmin gölün sahəsi 68 min kvadrat kilometrə bərabər olub. Hazırda Aral dənizi sürətlə quruyur və ümumi sahəsi cəmi 8300 kvadrat kilometr qalıb.

Həmçinin oxuyun

Bakıda binada olmayan mənzil satılıb – Video

Bakıda cəmi 119 mənzili olan binadan 120-ci mənzil satılıb. Həmin mənzil üçün 50 min manata …