Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Elmar Vəliyevi kim əvəz edəcək? – Gəncədə rəhbər dəyişikliyi gözlənilir

Elmar Vəliyevi kim əvəz edəcək? – Gəncədə rəhbər dəyişikliyi gözlənilir

“Gəncə yeni icra başçısını gözləyir”. Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda Gəncə şəhərinə yeni və daha perspektivli icra başçısı təyin olunacaq. Gəncənin indiki icra başçısı Elmar Vəliyevin gələcək fəaliyyəti barədə dəqiq məlumat verilmir. Ehtimal ki, icra başçısına heç bir etimad göstərilməyəcək.
Bizimxeber.az-a etibarlı mənbələrdən daxil olan məlumatda qeyd olunur ki, Azərbaycanın ən qədim və ikinci şəhəri sayılan Gəncədən administrasiyaya ünvanlanan şikayətlərin sayı durmadan artır. Əsasən sosial problemlərdən şikayətlənən insanlar icra başçısı Elmar Vəliyevin diqqətsizliyindən və şəhər sakinlərinə qarşı qayğısızlığından, şəhərətrafı ərazilərə olan ögey münasibətindən şikayətlənirlər.

Daha bir məlumata görə, icra hakimiyyətində Elmarın Vəliyevin vəzifədən uzaqlaşdırılacağı ilə bağlı məlumatlı şəxslər var. Onlar öz yaxın adamlarına bu barədə məlumat veriblər. Elmar Vəliyev çıxarılacağı təqdirdə şəhərdə bütün idarəetmə sistemi yeniləcək.

Məlumata görə, fevral-mart ayı ərzində Gəncədən Bakıya göndərilən şikayət məktublarının sayı hesabı yoxdur.
Gəncədə və Bakıda böyük bizneş şəbəkəsi quran Elmar Vəliyevin şəhərdəki sahibkarlara qarşı münasibəti isə günü-gündəın pisləşir. Bizimxeber.az-a daxil olan məlumata görə, Gəncənin yeni icra başçısı xanım ola bilər.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Elmar Vəliyevi kim əvəz edəcək?
Elmar Vəliyevi kim əvəz edəcək?
Elmar Vəliyevi kim əvəz edəcək?
Elmar Vəliyevi kim əvəz edəcək?
Elmar Vəliyevi kim əvəz edəcək?

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın