Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Elman Məmmədov: “Məmmədov Razmik Suren oğlu tərtəmiz Azərbaycanlı balasıdır”

Elman Məmmədov: “Məmmədov Razmik Suren oğlu tərtəmiz Azərbaycanlı balasıdır”

Mərkəzi ofisi Londonda yerləşən Hərb və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Bakıda fəaliyyətini dayandıran ofisinin sabiq kordinatoru Şahin Rzayev öz facebook səhifəsində Xocalıda şəhid olan Məmmədov Razmik Suren oğlunin milli mənsubiyyəti barədə QHT rəhbəri Əvəz Həsənovdan, jurnalistlər Asəf Quliyev və Rey Kərimoğlundan soruşub: 
“Xocalı abidəsində şəhidlərin siyahısında 1957 təvəllüdlü Məmmədov Razmik Suren oğlu adlı bir şəhid var. Bir qədər təəccüblü gəldi mənə, sözün açığı. Hörmətli həmkarkar və həmvətənlər, bu şəxs barədə məlumatı olan varmı?” – deyə, Asəf Quliyev, Avaz Həsənov və Rey Kərimoğluna sual ünvanlayıb.
Ermənilər isə onun bu statusunun altında Azərbaycanı aşağılayan şərhlər yazıb.
 
Məsələ ilə bağlı  Elman Məmmədov bildirib ki, Məmmədov Razmik Suren oğlu Azərbaycanlıdır: “Məmmədov Razmik Suren oğlu tərtəmiz Azərbaycanlı balasıdır. 26 fevral 1992-ci ildə də Xocalıda həlak olub. Ermənilərə qarşı döyüşmüş, qəhrəmanlıq göstərmiş igid bir oğlan idi. Mənim Xocalıya apardığım ilk “Alazan”nı birinci dəfə də onun “KAMAZ”-nın üstündə qurmuşuq. Azərbaycan Respublikasının Prezidenti, rəhmətlik ümumilli liderimiz Heydər Əliyev də Ramzkin fəaliyyətini yüksək qiymətləndirərək onu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. Təltif olunanda onun bütün nəsli, şəcərəsi araşdırılıb. Onun ermənilərlə heç bir qohumluq, yaxınlıq əlaqəsi yoxdur, tərtəmiz Azərbaycanlıdır, xocalılıdır. O zaman müxtəlif səbəblərdən xristian adı qoymaq ənənəsi olub. Məsələn, bilirsiniz ki, övladı olub tez də ölən adamlar sonra dünyaya gələn uşağına xristian adı qoyurdular ki, yaşasın. Müəyyən insanlar arasında bu bir inanc olub. Yəqin bu da elə və ya başqa səbəbdən onun atasının və özünün adı belə qoyulub. Ramzikin atası Suren sağdır, hazırda Azərbaycanda yaşayır.”(qazillər.az)

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …

Bir cavab yazın