Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi – QƏRAR

“Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi – QƏRAR

Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir: enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi; tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti; kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı; elektrik sayğacının quraşdırılması aktı.

Həmçinin oxuyun

Azərbaycanda üçəmlərin sayı artıb

Azərbaycanda əkiz və üçəm körpələrin dünyaya gəlməsi halları artıb. Azərbaycanda ötən il ərzində doğulan əkizlərin …