Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Sosial / Elektrik dirəyinin yerinin dəyişdirilməsi Sumqayıtda səs-küy yaradıb – VİDEO

Elektrik dirəyinin yerinin dəyişdirilməsi Sumqayıtda səs-küy yaradıb – VİDEO

Sumqayıtda yüksək gərginlikli elektrik dirəyinin yerinin dəyişdirilməsi yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub. Xezerxeber.az xəbər verir ki, şəhərin İnşaatçılar qəsəbəsi gecəqondu məhəlləsi adlanan ərazidə yaşayan sakinlər bildiriblər ki, yaşayış evlərinin yaxınlığında yüksək gərginlikli elektrik xətti çəkilməklə dirəklər quraşdırılır. Bu da sakinlər üçün təhlükə deməkdir.

Azərenerji ASC-nin Sumqayıt şəhər Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin iş icraçısı Rasim Ağamirov bildirib ki, onlar ərazidə işi tam qanuna uyğun şəkildə icra edirlər: “Ərazidə yaşayan sakinlər vaxtı ilə burada məskunlaşarkən Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin elektrik dirəkləri orada mövcud olub. Sakinlər ərazidə yaranmış problemlə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər”.

Həmçinin oxuyun

Göyçayda 50 qəpik, Bakıda 4 manat…

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti yenidən müzakirə mövzusu olub. Xüsusilə, mövsüm meyvələri və tərəvəzlərin bazarda …