Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Eldar Namazov yeni siyasi təşkilat yaradır?

Eldar Namazov yeni siyasi təşkilat yaradır?

Azərbaycanın sabiq prezident köməkçisi, “Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri Eldar Namazov yeni siyasi təşkilat yaradır.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, yeni yaradılacaq təşkilat 2018-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hesablanıb.

Eldar Namazova yaxın olan mənbə bildirib ki, hazırda sözügedən təşkilatın yaradılmasına hazırlıq işləri görülür.

“Yəqin ki, Eldar Namazov yeni təşkilatın adını bu ilin sonu və ya 2018-ci ilin əvvəlində açıqlayacaq. Eldar Namazov yaradacağı təşkilatda təmsil olunmaq üçün müxalifət liderlərinə də dəvət göndərməyə hazırlaşır. Yeni təşkilatın adı hələlik “Milli Yurd Cəmiyyəti” düşünülsə də, təşkilat elan olunana qədər ad dəyişdirilə bilər”, – deyə mənbə bildirib.

Məsələ ilə bağlı Eldar Namazovun da fikirlərini öyrəndik.

O, “Ölkə.Az”-a açıqlamasında məlumatın doğru olmadığını dedi:

“Xaricdə müalicə alırdım, Azərbaycana yeni qayıtmışam. Yeni təşkilat yaratmağımla bağlı məlumatlar da doğru deyil”.

E.Namazov “qarşıdan gələn seçki ərəfəsində siyasətə qayıtmağınız gözlənilirmi?” sualına isə belə cavablandırıb:

“Hazırda bu barədə konkret nə isə söyləyə bilmərəm. Çünki hazırda başım müalicə işlərinə qarışıb”.

Xatırladaq ki, Eldar Namazov sonuncu prezident seçkiləri öncəsi yaradılan Azərbaycan Ziyalılar Forumu, “El” hərəkatı, Milli Şura və digər bu kimi təşkilatların təsisçilərindən biri olub.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın