Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Eldar Namazov haradadır?

Eldar Namazov haradadır?

Artıq uzun müddətdir mətbuatda görünmür. Onun harada olması və nə işlə məşğul olmasından belə, medianın xəbər tutması çətinləşib. Bir neçə gün öncə Eldar Namazovu axtardıq, nəhayət onunla telefona əlaqəsi qura bildik. Xeyli vaxtdır səhhətində problemlər olduğunu deyən tanınmış siyasətçi bildirdi ki, müalicəsi davam etdirilir. E.Namazov ölkədə və regionda gedən prosesləri də izlədiyini, lakin hələlik hər hansı müsahibə, şərh vermək istəmədiyini vurğuladı. O qeyd etdi ki, səhhəti yaxşılaşan kimi jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, E.Namazov media ilə yaxşı münasibətlər quran siyasi fiqurlardan biri kimi tanınır. Onun uzun müddətdən bəri görünməməsi istər-istəməz medianın marağına səbəb olur.
Xatırladaq ki, Eldar Namazov 2013-cü il prezident seçkiləri dövründə ölkə siyasətində ən üzdə olan siyasətçilərdən biri idi. Ziyalılar Forumu, El Hərəkatı və Milli Şura çərçivəsində o, əsas sözçü idi. Bu aktivliyi onu hakimiyyətin hədəfinə də çıxarmışdı. Seçkilərdən sonra-2014-cü ildən başlayaraq isə Eldar Namazovun əvvəlki aktivliyi azaldı. Xeyli vaxtdır o, siyasi səhnədə heç bir fəaliyyəti ilə görünmür. Musavat.com

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın