Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Eldar Namazov-Fazil Mustafa davasına Əli Hüseynlidən ilginc – Reaksiya

Eldar Namazov-Fazil Mustafa davasına Əli Hüseynlidən ilginc – Reaksiya

Bir neçə gündür ki, sosial şəbəkədə və mətbuatda AXCP sədri Əli Kərimlinin deputat olduğu dövrlərdə hökumətlə işləməsi və onun vasitəsiçisinin Eldar Namazov olması ilə bağlı müzakirələr gedir.

Bu barədə iddianı vaxtilə AXCP üzvü olan, indi isə Böyük Quruluş partiyasının sədri kimi parlamentdə təmsil olunan Fazil Mustafa səsləndirib.

Eldar Namazov da öz növbəsində ittihamlara cavab verərək belə deyib:

“Mən heç kimlə danışıq aparmamışam, vasitəçi olmamışam. 1999-cu ildə istefa vermişəm, Fazil Mustafa isə 2000-ci ildən danışır. Fazil Mustafanın özü qoy desin ki, 3-cü dəfədir parlamentdə necə təmsil olunub, kimlə danışıqlara gedərək mandata yiyələnib?”.

Məsələyə həmin vaxt Milli Məclis Aparatında çalışan və sədrin köməkçi olan Əli Hüseynlidən maarqlı reaksiya gəlib.

Parlamentin Hüquq Komitəsinin sədri “Qafqazinfo”ya açıqlamasında bu mübahisəyə ilginc replika verib:

“Mən Fazil Mustafanın siyasi fikirlerinə opponentəm, bəzi fəlsəfi- tarixi fikirlərini isə cəmiyyətimiz üçün zərərli hesab edirəm, amma onun Eldar Namazov ilə Əli Kərimlinin münasibət və dialoqu ilə bağlı söylədiyi fikirlərində həqiqət var.

Birinci çağırış 1995-2000-ci il parlamentində onlar birlikdə təmsil olunurdu. O zaman Parlament Aparatında çalışan bir şəxs kimi deyə bilərəm ki, bu adamların xüsusi məqsədlə görüşdüklərini bilirdik. Amma 1998-ci ilin prezident seçkilərindən sonra vəziyyət dəyişdi. Nəticə bu idi ki, dialoqu həyata keçirən Eldar Namazov da vəziyyəti yanlış qiymətləndirərək, onsuz da loyal münasibət bəslədiyi Əli Kərimlinin və müxalifətin təsiri altına düşdü. Sonrakı siyasi hadisələr isə hamıya məlumdur”.

dia.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın