Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Eldar Mahmudov taktikanı dəyişir…

Eldar Mahmudov taktikanı dəyişir…

Cahangir Hacıyevin səhhətində yenidən problemlər yaranıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Lent.az-a sabiq bankirin vəkili Aqil Lahicov məlumat verib. Vəkil bildirib ki, dünən Cahangir Hacıyevə görə, 3 dəfə müəssisəyə həkimlər dəvət olunub: “Cahangir müəllimdə çox nadir xəstəlik olan Haşimato sindromu var. Bu xəstəliklər onun həyatı üçün hər an təhlükə yarada bilər. Tez-tez həkim müayinəsindən keçir”.

Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azadliq.info isə yazır ki, o, həbs edilən gündən fəal şəkildə hüquqlarını müdafiə edir. Bəzi iddialara görə, Cahangir Hacıyevin bu fəallağı hakimiyyətdə narahatlığa səbəb olub. Bu baxımdan sabiq bankiri susdurmaq üçün xanımı Zamirə Hacıyeva barədə həbs qərarı verilib. Zamirə Hacıyeva Azərbaycanda deyil. Onun Londonda olduğu bildirilir. Cahangir Hacıyevin vəkili isə bildirib ki, Zamirə Hacıyeva barədə verilən həbs qərarı formal xarakter daşıyır. “”Zamirə Hacıyeva on ildən artıqdır, xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir”, – deyə Aqil Layıcov bildirib.

Ehtimal olunur ki, Cahangir Hacıyevin səhhəti Zamirə Hacıyeva barəsindəki həbs qərarından sonra pisləşib.

Bu ərəfədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlində ölkənin tanınmış adamları və məmurlar barədə xeyli sayda intim video olması barədə məlumat yayılıb. Bu məlumatın həqiqət, yaxud yalan olduğunu söyləmək çətindir. Lakin ehtimal olunur ki, məlumatın Cahangir Hacıyevin xanımı barədə həbs qərarının ictimailəşməsindən sonra dövriyyəyə buraxılması təsadüfi deyil. Məlumat üçün deyək ki, Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Mümkündür ki, bu məlumat Eldar Mahmudovun hakimiyyətə mesajıdır. Ekspertlər də hesab edir ki, məlumatı ötürən mənbə bu işdə maraqlı ola bilər.

Əgər bu mülahizələr əsaslıdırsa, o zaman yaxın vaxtlarda sensaion faktların şahidi ola bilərik.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın