Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Eldar Mahmudov Artur Rəsizadəyə necə meydan oxuyub? – HİKKƏ…

Eldar Mahmudov Artur Rəsizadəyə necə meydan oxuyub? – HİKKƏ…

Sabiq MTN şefi özünü baş nazirdən daha önəmli hesab edib

MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub.
Özəl mənbədən daxil olan məlumata görə, nazir işlədiyi dövrdə çoxsaylı mühafizə xidməti ilə digər nazirlərdən ciddi şəkildə fərqlənən E.Mahmudov, müxtəlif tədbir və toplantılarda da özünü əlahiddə bir şəxs kimi aparıb, bəzi hallarda nəinki həmkarlarına, hətta ölkənin baş nazirinə belə təşəxxüs satmaqdan çəkinməyib.
Mənbənin sözlərinə görə, E.Mahmudovun bu cür addımlarından biri Artur Rəsizadənin də iştirak etdiyi tədbirlərin birində baş verib. Belə ki, tədbirdən sonra toplantı yerini tərk etməyə hazırlaşan nazirlərin hamısı ənənəyə uyğun olaraq öncə baş nazirin maşın karvanının yola düşməsinə şərait yaradıb. Məhz bu vaxt E.Mahmudova məxsus maşın karvanı hərəkətə gəlib və A.Rəzizadənin də olduğu avtomobil karvanını kobud şəkildə sıxışdıraraq, ona yol vermədən ərazini nümayişkaranə surətdə ilk olaraq tərk edib. Nəticədə baş nazir bir neçə dəqiqə E.Mahmudova məxsus avtomobil karvanının keçib getməsini gözləmək məcburiyyəti qarşısında qalıb.
Bilgili qaynağın məlumatına görə, E.Mahmudovun məlum hərəkətini həm baş nazirə hörmətsizlik, həm də onun təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirən A.Rəsizadənin mühafizə xidmətinin rəhbəri dərhal məsələyə müdaxilə etmək istəsə də, məhz A.Rəsizadə tərəfindən dayandırılıb. Təmkinli baş nazir mühafizə xidmətinin rəhbərinə səbrli olmağı və MTN şefinin bu addımına reaksiya verməməyi tövsiyyə edib.
Mənbənin sözlərinə görə, A.Rəsizadənin təmkinli davranışı olay zamanı mühafizə xidmətləri arasında gərginliyin yaşanmasını önləsə də, E.Mahmudovun bu addımı uzun müddət siyasi elita nümayəndələri arasında müzakirə mövzusu olub.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın