Ana səhifə / Sosial / Eldar Əzizovun göstərişi ilə əkilən ağaclar qurudu – VİDEO

Eldar Əzizovun göstərişi ilə əkilən ağaclar qurudu – VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə Sabunçu rayonunda yerləşən EKO parkda əkilən ağaclar quruyub.

Sakinlər Pravda.az-a bildirib ki, ağaclar əkiləndən sonra qulluq olunmayıb.

Qeyd olunub ki, hazırda park bərbad vəziyyətdədir.

Xatırlatma: Ötən ilin mayın 4-də Bakı şəhər İcra Hakimiyyətində paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn, Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşüb. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …