Ana səhifə / Sosial / Eldar Əzizov söküntüyə başladı

Eldar Əzizov söküntüyə başladı

Bakının Səbail rayonuna bir müddət öncə icra başçısı təyin edilmiş Eldar Əzizov “ikinci Sumqayıt ssenarisini” həyata keçirməyə başlayıb. Rayon sakinlərinin verdiyi məlumata görə, Eldar Əzizov “Sumqayıt təcrübəsi”ni Səbail ərazisinə tətbiq etməsi nəticəsində artıq bir neçə ev, xırda ticarət obyektləri sökülüb.

“ Azinforum.az ” xəbər verir ki, modern.az saytının əldə etdiyi məlumata görə söküntünün birinci dalğasına Səbailin Badamdar qəsəbəsində start verilib. Bu prosesin hazırda da davam etdiyi bildirilir.
Qeyd edək ki, Eldar Əzizov bundan əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub. Onun Sumqayıtda sahibkarları, köçkün ailələrini hədəfə alan addımları daim etirazla qarşılanıb.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın