Ana səhifə / Sosial / Eldar Əzizov icra başçılarını ərazilərə çağırdı, rəhbər şəxslərdən kömək istədi

Eldar Əzizov icra başçılarını ərazilərə çağırdı, rəhbər şəxslərdən kömək istədi

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtın su basan icra hakimiyyətlərinin rəhbərlərini  fəsadlar baş verən ərazilərə çağırıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizov Bakı Şəhərinin ən çox su basan Səbail, Nəsimi və Binəqədi rayon icra hakimiyyətlərinin başçıları və təsərrüfat birliklərinin rəhbərlərini yarana biləcək fəsadların qarşısını almaq üçün səfərbər edib.
E.Əzizov səhər saatlarından paytaxtın ən çox yağış suları altında qalan küçələrində olub. Fəsadlar aradan qaldırılana qədər adıçəkilən rayonların icra başçıları ərazini tərk etməyiblər. Müəyyən edilib ki, yağış sularının fəsadlar törətməsi kanalizasiya kollektorlarının vaxtında işə düşməməsi səbəbindən baş verib. Buna görə də Eldar Əzizov digər aidiyyatı dövlət qurumlarının rəhbərlərindən yaranan fəsadları aradan qaldırmaq üçün kömək istəyib.
Məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Həmçinin oxuyun

Sabah Bakıda 35 dərəcə isti olacaq, bölgələrdə yağış yağacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. …