Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Elçin Qurbanov şeyxə qahmar çıxdı – “Putin də onu təltif etmişdi”

Elçin Qurbanov şeyxə qahmar çıxdı – “Putin də onu təltif etmişdi”

Bir neçə gün əvvəl ADP lideri Sərdar Cəlaloğlu şeyxülislam Allahşükür Paşazadəni Rusiya prezidenti Putinə sadaqətini ifadə etməkdə günahlandırmış və bunun “kafirlərdən özünüzə dost tutmayın” deyən Quranla ziddiyyət təşkil etdiyini bildirmişdi.

ADP liderinin fikirlərini Azinforum.az-a şərh edən müstəqil ekspert Elçin Qurbanov isə bu iddianın düzgün olmadığı qənaətindədir.

Ekspertə görə, V. Putin çox yaxın keçmişdə siyasətçi kimi İslam dininə hörmət və sayqı bəslədiyini açıq-aydın bəyan etmiş, Qurani-Kərimə hörmət göstərməyən insanın bir qara qəpik qiyməti olmadığını da dilə gətirmişdi: “Doğrudur ki, bugünümüzdə İslam, Xristianlıq və Yəhudilik din olaraq təhrif edilmiş və tamamilə həqiqətdən uzaq fundamental ayinlərlə izah oluna bilən ideoloji cərəyanlara çevrilmişdir. Buna baxmayaraq, Allahşükür Paşazadə bütün Qafqazın şeyxidir. Bütün Qafqaz ruhanilərinin əmiri və fətva hökümünə malik şəxsdir. Bu gün Rusiyanın nəzarətində olan Qafqaz xalqlarının müsəlman icması da şeyxülislamla hesablaşır. Bu, Azərbaycanın başucalığıdır”.

Ona görə də Azərbaycan dövlətinin şeyxülislam üçün hər cür şərait yaratdığını bildirən ekspert onun siyasilərlə siyasi üslubda danışmağa üstünlük verdiyi üçün Putinə sədaqətdən danışdığına inanır: “Axı, Putin də öz növbəsində bir qədər əvvəl xidmətlərinə görə şeyxülislamı dünya ictimaiyyəti qarşısında təltif etmişdir. Bunu da nəzərə almaq lazımdır. Onun sədaqət nitqinin İslam dəyərlərinə zidd olduğunu arqument kimi səsləndirməyə nə ehtiyac var? Onsuz da dünyanın yayı o qədər dartılıb ki, sınıb özünü vurmağa bir şey qalmayıb”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın