Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Elçibəy: “Elə edin ki, mənim seçkim halal olsun, haram qarışmasın”

Elçibəy: “Elə edin ki, mənim seçkim halal olsun, haram qarışmasın”

“Dünyada hələ belə bir nümunə yoxdur ki, bir il içində dövlətin büdcəsini 150 dəfə artıran Lider olsun!”

Bu gün Milli Azadlıq Hərəkatının Lideri, eks-prezident Əbülfəz Elçibəyin qalib olduğu prezident seçkisindən 24 il ötür.
Moderator.az – ın əməkdaşı  bu münasibətlə Bəyin yaxın silahdaşlarından olmuş Aqil Səmədbəylidən “Hər ilin 7 iyununda hansı hisləri keçirirsiniz və ən çox nəyi xatırlayırsınız” sualına cavab alıb:
“Azərbaycan çox məşəqqətli və uzun yol keçdikdən, Milli Azadlıq mübarizəsindən qalib çıxdıqdan sonra ilk dəfə  7 iyun 1992- ci ildə demokratik seçki keçirilmiş və Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçi Bəy Azərbaycanın prezidenti seçilmişdi. Yaxşı yadımdadı ki, seçkidən öncə Elçi Bəy cəbhəçilərə: ”elə edin ki, mənim seçkim Halal olsun, haram qarışmasın” təlimatı vermişdi.
Halal-haram, Haqq-Nahaq, Zülm-Ədalət anlayışlarının fərqini gözəl bilən Elçi Bəy əslində Azərbaycan xalqına Tanrının Ödülüydü. Elçi Bəyin prezident seçilməsi Azərbaycanda çox ciddi RUH yüksəlişinə səbəb olmuşdu. Sizlər də xatırlayarsınız ki, Bakıda yaşayan və dilimizi bilib əvvəl bizim dilimizdə danışmayan ruslar şirin-şirin danışmağa başlamışdılar! Bilməyənlər də öyrənmək üçün kurslara getməyə başlamışdılar!!!
Elçi Bəy çox mürəkkəb bir dönəmdə iqtidara gəlmişdi. Buna baxmayaraq qısa zamanda çox böyük işlər görüldü. Dünyada hələ belə bir nümunə yoxdur ki, bir il içində dövlətin büdcəsini 150 dəfə artıran Lider olsun! Elçi Bəy bunu başarmışdı! Xəstəxanalarda xəstələrə pulsuz kürü verilirdi. Hakimiyyət gerçək mənada Xalqa məxsus idi. Hələ tam formalaşmamış Ordumuz da böyük Ruh yüksəkliyi ilə:
1)Ağdərəni tamamən ermənilərdən təmizlədi;
2)Xocavəndi ermənilərdən təmizlədi;
3)Gədəbəyi nəzarətdə saxlayan ən yüksək nöqtədəki ermənilərin yaşadığı Başkənd qəsəbəsini ermənilərdən təmizlədi,
4)Laçın dəhlizinin nəzarəti tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keçdi;
5)Sərsəng su anbarını nəzarətə götürdü;
6)Şaumyankənd ermənilərdən təmizləndi;
7)Xankəndinə girmələrinə 8 km qalmışdı.
Rusiyadan soydaşlarımız işini və biznesini atıb Azərbaycana döyüşmək üçün gəlirdilər. Uğurlarımız o qədər sürətli və ardıcıl baş verirdi ki, Rusiyanın Bakıdakı səfiri Valter Şoniya Moskvaya belə bir rapor yazmışdı: ”Əgər Elçi Bəy üç il iqtidarda qalarsa:
1)Azərbaycan Türkiyə tipli ordu quracaq;
2)Azərbaycan çox güclü iqtisadiyyata sahib olacaq;
3)Azərbaycan tam bağımsız ölkə olacaq
4)Çevrə ölkələrə də nümunə olacaq və beləliklə biz Qafqazları tamamən itirəcəyik! Təcili tədbir görülməlidir!
Elçi Bəyin hakimiyyəti dövrü hələ də tam olaraq Xalqımıza qaranlıq qalmaqdadır. Səbəbi də budur ki, bu bir illik Milli iqtidar əleyhinə o qədər insafsız təbliğat aparılıb ki, beyinlər dumanlanıb. Amma Bəyin dediyi kimi: Hər şeyin zamana ehtiyacı var! Qısaca olaraq bunu deyim ki, Elçi Bəy iqtidardan ÇOX BAŞARILI BİR PREZİDENT olduğu üçün devrildi!! Elçi Bəy iqtidarda olanda Azərbaycan təhsilinə büdcənin 24%-ini ayırmışdı. Bir ildə təhsilə 81 yeni dərslik qazandırılmışdı!!! Belə bir təhsil siyasəti bu günə qədər davam etsəydi Azərbaycan indi tamam fərqli bir ölkəydi!
İqtidardan Elçi Bəylə bərabər Azərbaycan Xalqı uzaqlaşdırıldı!! Bu devrimdən sonra Azərbaycan sərvətlərinin Xalqımıza aidiyyatı olmadı… Nə yazıq ki, Elçi Bəyin dəyərini zamanında bilmədik…
Belə görünür ki,7 iyun bir müddət də Demokratik seçki günü kimi sadəcə xatirə olaraq anılacaqdır…Amma ən azından belə bir nümunəmiz var. Necə ki, birinci Cümhuriyətin mənəvi-siyasi Lideri Məmməd Əmin Rəsulzadə: ”Bir kərə yüksələn Bayraq Bir Daha Enməz” demişdi və gerçəkdən də o Şanlı Bayraq bir daha yüksəldi,eləcə də Azərbaycanda bir Demokratik seçki daha yapılacaqdır və Xalqın hakimiyəti Xalqa qaytarılacaqdır!!!

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın