Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Elana aldanaraq dələduzluğun qurbanı oldu – VİDEO

Elana aldanaraq dələduzluğun qurbanı oldu – VİDEO

Sosial şəbəkədəki elana aldanaraq kredit götürmək istədi, dələduzluğun qurbanı olub. Xezerxeber.az-ın məlumatına görə, hadisə Masallının Çaxırlı kənd sakini Ramin Şıxəliyevin başına gəlib. O, bir nəfərin sosial şəbəkədə təşkilatlardan birinin adı ilə canlı yayım açaraq vətəndaşlara müxtəlif məbləğlərdə kredit verildiyini görüb.

Verilən kredit təklifindən yararlanmaq istəyən R.Şıxaliyev də canlı yayımdakı qadınla əlaqə saxlayıb. Elə bu danışıqdan sonra da qadının qurduğu tələyə düşüb. Ramin Şıxaliyev 1000 manat məbləğində kredit almaq istəyib və sənədləşmə işləri üçün də həmin qadının verdiyi bank kartına 85 manat pul göndərib.

Ramin Şıxəliyev deyir ki, bir neçə gündür fərqli mobil nömrələrlə həmin qadınla əlaqə saxlamaq istəyib. Lakin, onun heç bir zənginə və yazdığı mesajlara cavab verilmir.

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …