Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / “ELƏ QƏRARLAR VERİRLƏR Kİ, MƏCBURİ KÖÇKÜNLƏR STATUSUNU İTİRİR” – Deputatdan açıqlama

“ELƏ QƏRARLAR VERİRLƏR Kİ, MƏCBURİ KÖÇKÜNLƏR STATUSUNU İTİRİR” – Deputatdan açıqlama

“Büdcə mükəmməl hazılanıb, sosial yönümlüdür. Mən bunu dəstəkləyirəm.” Azinforum.az-ın məlumatına görə, bu sözləri Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Elman Məmmədov deyib.

Deputat hərbi büdcənin azaldılmasından narahatlığını ifadə edib. Eyni zamanda büdcənin xərclənməsi zamanı səlahiyyətli olan şəxslərin şəffaflığı təmin etməyə, israfçılığa yol verməməyə çağırıb. 

Deputat eyni zamanda məcburi köçkünlər və bu kateqoriyaya daxil olan şəxlərlə bağlı narahatlığını dilə gətirib: “Mən bir məsələni qaldırmaq istəyirəm. Söhbət Nazirlər Kabinetinin bir neçə il əvvəl qəbul etdiyi 11 nömrəli qərardan gedir. Bildiyiniz kimi cənab Prezidentin siyasəti nəticəsində məcburi köçkünlər, qaçqınlar dövlət qayğısı ilə əhatə olunub. Hökumət bu sahədə cənab Prezidentin qarşıya qoyduğu tapşırığı icra edir və etməyə çalışır. Amma bəzəm kimlərinsə mövqeyi səbəbindən elə qərarlar verilir ki, bu da məcburi köçkünlərin bəzi hissəsinin statusunu itiriməsinə səbəb olur. Nazirlər Kabinetinin bəhs etdiyim qərarında müavinətlərin ödənilməsinin qaydaları öz əksini tapır. Qərarın ikinci maddəsində “müavinətlər aşağıdakı məcburi köçkünlərə şamil edilmir” ifadəsi var. 

Məcburi köçkünlər müharibə nəticəsində qaçqın düşüb. Onlar torpağını, əmlakını orada qoyub gəliblər, amma ağıllarını özləri ilə gətiriblər. Çalışıb özünə burada ev tikən, koma quran məcburi köçkünlərə müavinət verilmir. Onda belə çıxır ki, bu qərar deyir ki, köçkün işləməsin, özünə ev tikməsin, oturub dövlətdən ev gözləsin? Ev tikən məcburi köçkünlərə müavinətlərin verilməməsi bu mənada anlaşılmır”. 

Elman Məmmədov əlavə edib ki, ikinci məqamda var: Əgər bir məcburi köçkün olan xanım məcburi köçkün olmayan kişiyə ərə gedirsə ona müavinət verilmir. Və ya məcburi köçkün olan kişi köçkün olmayan xanımla evlənirsə onun müavinəti kəsilir, övladlarına da müavinət verilmir. Digər problem odur ki, məcburi köçkün əgər səhhəti və ya pul qazanmaq məqsədilə xaricə gedibsə və 187 gün ölkədə olmayıbsa, ona deyilir ki, siz ölkədə olmadığınız üçün müavinət ala bilmərsiniz. Hesab edirəm ki, hökumət bu məqamlara diqqət etməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov deputata bildirib ki, sözügedən problemlərlə bağlı fikirlərini katibliyə təqdim etsin. 

Qeyd edək ki, vaxtilə Ermənistandan qovulanların qaçqın statusunun ləğv edilməsi Azərbaycanın bu problemi beynəlxalq müstəvidə qaldırmaq imkanlarından faktiki məhrum edib. İndi müxtəlif yollarla məcburi köçkünlərin də statusunun əlundən alınması sabah Azərbaycana daha böyük problemlə üz-üzə qoyar. Deyəsən biriləri unudur ki, hələ Qarabağ problemi həll olunmayıb! 

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …