Ana səhifə / Sosial / Ekspertlər: Tramp həll olunmamış münaqişələrin nizamlanmasına praqmatik təsir göstərə bilər

Ekspertlər: Tramp həll olunmamış münaqişələrin nizamlanmasına praqmatik təsir göstərə bilər

“Siyasi biznesmen kimi Donald Tramp İranı, Rusiyanı və Çini tədricən qlobal siyasətdə cəlb etməklə bu prosesdən qazanacaq.”

Bu barədə ekspertlər “Report”a açıqlamalarında Prezident Donald Trampın Ağ Evə gəlişi ilə ABŞ-ın xarici siyasətinin gündəmini şərh edərkən bildiriblər.

“Tramp bir neçə dəfə Rusiya ilə bağlı mövqeyini – özü də medianın “Reykyavik görüş”ü kimi xarici testi də daxil olmaqla, ən müxtəlif səbəblərlə əlaqədar kifayət qədər aydın nümayiş etdirib. Bütün bunlar onu deməyə əsas verir ki, yeni administrasiya Moskva ilə ticarət etməyə, özü də kifayət qədər güclü mövqedən, hazırdır. ABŞ-ın Barak Obama dövrü barədə kim nə deyir desin, amma məhz onun dövründə ABŞ qlobal təsirin monopol səviyyəsinə yüksəldi. Odur ki, Tramp administrasiyasına fəaliyyət göstərmək daha asan olacaq” – Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk “Report”a açıqlamasında vurğulayıb.

Q.Trofimçukun fikrincə, D.Tramp yalnız siyasi deyil, həmçinin maliyyə maraqlarını güdərək dünyanın əsas ölkələrin maraqlarını toqquşdurmaq istəyəcək.

Onun sözlərinə görə, Tramp siyasi iş adamı kimi, hər yerdə hər şey ilə ticarət etmək istəyəcək və hazırkı dünya mənzərəsi onun üçün real fürsət yaradır: qaynar nöqtələr, açıq müharibələr onun üçün ən “likvid” məhsullar olacaq.

“Bu cür materialda üstünlüklər əldə etmək daha asandır. Buna görə də həm Yaxın Şərq, həm Dağlıq Qarabağ, həm də digər məsələlər gec-tez onun və ya arxasında dayananların görmə sahəsinə düşəcək. Bu, qlobal siyasi ticarətdir” – Q.Trofimçuk bildirib.

Azərbaycanlı politoloq Tofiq Abbasov vurğulayıb ki, Donald Trampın prezidentlik dövrünün çətin başlaması özünü dünya demokratiyasının dayağı hesab edən ölkədə daxili siyasi və daxili ictimai ab-havanın nə dərəcədə kəskin olduğunu göstərir.

Ekspert Donald Trampın Moskva, Pekin və Brüssel ilə dialoq olmadan dünya siyasətində yaranmış ciddi qarışıqlıqların aradan qaldırılmasının demək olar, mümkün olmadığını anladığını bildirib. T.Abbasovun sözlərinə görə, Trampa beynəlxalq gündəlikdə dayanan qaynar məsələlərin həlli baxımından daha uğurlu siyasətçi olacağı ümidi ilə yanaşırlar.
“Bu baxımdan amerikalı mütəxəssislərin və publisistlərin diqqəti daha çox Yaxın Şərqə, Suriyaya, eləcə də Dağlıq Qarabağ probleminə yönəlir. O, ayrı-ayrı regionlarda problemin “ölü nöqtə”dən tərpənməsi üçün münaqişələrin nizamlanmasına praqmatik təsir göstərə bilər” – analitik vurğulayıb.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın