Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Sosial / Ekspert işsizlərin rəsmi sayını şübhəyə aldı: “Əslində, 1 milyon 200 minə yaxındır“

Ekspert işsizlərin rəsmi sayını şübhəyə aldı: “Əslində, 1 milyon 200 minə yaxındır“

“İşsizliyin dövlət büdcəsi hesabına aradan qaldırılması mümkün deyil”.

Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci il iyunun 1-nə qədər olan məlumatına görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 325,7 min nəfərdir. Onların 5 milyon 12,4 mini məşğul şəxslər, 313,3 mini işsiz kimi rəsmiləşib.

Ekspert bu faktları şərh edərkən işsziliyin aradan qaldırılması üçün özəl sektorun inkişafına şərait yaradılmasının vacibliyini vurğulayıb. 

O qeyd edib: “Mən mütəxəssis olaraq Dövlət Statistika Komitəsinin heç bir rəqəminə güvənmirəm. Bütün rəqəmlər siyasiləşmiş rəqəmlərdir. Bir sıra rəqəmlər siyasi kursa uyğun olaraq şişirdilib, bəzi rəqəmlər isə kiçildilib. 

Ümumiyyətlə, işsizlik statistikası kiçildilən göstəricilərə aiddir. Ölkədə nə qədər az işsiz olarsa, siyasi hakimiyyətin reytinqi bir o qədər yüksək olur.

2020-cil pandemiya dövründə Azərbaycan hökumətinin 200 min nəfərə işsizlik kompensasiyası verməsi qərarını yada salaq. Görüldü ki, işsizlərin sayı dəfələrlə çoxdur. Ancaq 300-500 min arası insan yenə də narazı qaldı. Elektron əmək müqaviləsi olanlar kompensasiyadan pay ala bilmədi. 

Deməli, işsizlərin real sayı 1 milyon 200 minə yaxındır və Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlər dəfələrlə kiçildilmiş rəqəmlərdir.

İşsizliyin səviyyəsini aşağı salmaq üçün ənənəvi problemləri aradan qaldırıb iqtisadiyyatı güclləndirmək lazımdır. İnhisarçılar aradan qaldırılmalı, mülkiyyətə rəsmiyyət verilməli, məhkəmələr doğru qərar qəbul etməli, bir sözlə, güvənilir mühit yaradılmalıdır ki, ölkə daxili və xarici olan kapital qoyuluşu üçün ölkəmiz cəlbedici olsun. Hökumətin dövlət büdcəsi hesabına işsizliyin aradan qaldırılması mümkün deyil”. 

Həmçinin oxuyun

1 manat 10 qəpiyə soğan, 6 manata ərik – Bazar niyə “od tutub yanır“?

Hazırda dünyada gedən proseslərlə əlaqəsi oldu-olmadı Azərbaycanda bahalaşma gedir. İdxal məhsulların qiymətindəki artımları müəyyən mənada …