Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Ekspert: “Gələcəkdə Bakıda vəziyyət daha da ağırlaşa bilər”

Ekspert: “Gələcəkdə Bakıda vəziyyət daha da ağırlaşa bilər”

Ölkədə küçələrin, yolların yenidən salınması, təmiri və bərpası məqsədilə tez-tez Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılır. Yollar, küçələr təmir edilir. Amma bir balaca yağış düşən kimi təmir edilmiş küçələrdə gölməçələr yaranır.
Səbəb nədir. Bu problemin aradan qaldırılmasında hansı qurum məsuliyyət daşıyır?
Ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol-infraktrukturu, su-kanalizasiya sistemi düzgün qurudlmadığı üçün bu gün yağışdlardan sonra küçələrdə problemlərlər qarşılaşırıq.
Onun sözlərinə görə, bir çox ərazilərdə su-kanalizaiya xəttləri ötən əsrin ortalarında çəkilib. Onlar artıq öz istismar müddətini başa vurub.
E. Muradlının fikrincə, həmin sistemlərin yenilənməsi həddən artıq qəliz məsələdir. Çünki bu gün həmin sistemlərin üzərində göydələnlər, ticarət mərkəzləri, obyektlər tikilib.
“Bu gün onları təmir etmək üçün böyük maliyyə vəsaitinə ehtiyac var” – deyən ekspert vurğulayıb ki, belə davarm edərəs, bu problem bizi gələcəkdə çox ciddi şəkildə narahat edəcək.
Belə ki, bu gün əgər bir balaca yağı düşən kimi problemi az formada yaşayırıqsa, gələcəkdə bütün küçələrimiz yağış probleminə təslim olacaq.
“Yol, su-kanalizasiya şəbəkəsi tezliklə yenilənməlidir. Bu günə qədər yağı yağan kimi küçələrdə problem yaranan kimi, Hacıbala Abutalıbovun fotosunu qoyurdular. İndi bəs kimə irad tutaacqlar. İrad tutmaq da bir işə yaramır artıq. Problemi həll etmək lazımdır. Bakı şəhərində küçələr yağışlar zamanı həmişə belə problemlə üzləşib” – deyən ekspert vurğulayıb ki, sovet dövrü çəkilmiş su-kanalizasiya sistemi Hacıbala Abutalıbov tərəfindən sökdürülüb və sonradan bərpa edilməyib.
E. Muradlı bildirib ki, məhz Hacıbala Abutalıbovun dövründə yollar təmir edilən zaman yolarda olan dəmir barmaqlıqlar götürülüb.
“Hər bir halda dövlət bu məsələyə xüsusi nəzarət etməlidir. Çünki Bakıda tikinti bumu davam edir. Gələcəkdə vəziyyət daha da ağırlaşa bilər. Bu səbəbdən də Bakı Şəhər İcra hakimiyyəti, Azərsu ASC və Azərbaycan Avtomobil Yolları bu məsələyə xüsusi diqqət yetirməlidir” – deyə o qeyd edib.
Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər il avqust ayında payız mövsünüə hazırlıqla bağlı iclas keçirilir və müvafiq tapşırıqlar verilir: “Kollektorlar, kanalizasiya xəttləri, yağış barmaqlıqlarının monitorinqləri keçirilir. Onlar yoxlanılır, yuyulur, təmizlənir. Eyni zamanda kanalizasiya nasos stansiyalarında yoxlamalar aparılır. Tələb edilən işlər görülür”.
A.Cəbrayıllı qeyd eidb ki, Azərsu ASC avqust-sentyabr ayında bütün yoxlamaları həyata keçirəcək və tələb olunan işlər görüləcək. Bundan sonra qurumun bütün infrasturukturu payız-qış mövsümünə hazır olacaq: “Kanalizasiya-nasos stansiyaları, kanalizasiya kollektorları, baxış su quyuları, yağış barmaqlıqları hazır olacaq”.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …