Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Ekspedisiya rəisi: “Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur”

Ekspedisiya rəisi: “Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur”

“Hazırda Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur, hər an hansısa fəsad baş verə bilər”.

Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, çatlarda böyük aralanmalar var.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Müvafiq qurumların nümayəndələri ərazidədirlər.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …