Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Eks-deputatın evi yandı

Eks-deputatın evi yandı

Xəbər verdiyimiz kimi dünən Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yanan ev eks-deputat Sona Əliyevaya məxsus olub. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, vətəndaş Süleymanov Fuad Taptıq oğluna məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda baş verib. Nəticədə qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub.

Qeyd edək ki, Fuad Süleymanov Sona Əliyevanın qaynatasıdır. 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …