Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Ekoloq: “Palçıq vulkanları vətənimizin sərvətlərini üzə çıxarır”

Ekoloq: “Palçıq vulkanları vətənimizin sərvətlərini üzə çıxarır”

“Abşeron yarmadasında Palçıq vulkanları hər zaman püskürəcək”.

Bunu Sputnik Azərbaycana açıqlamasında Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib.

“Dünyada palçıq vulkanları 4 yerdə mövcuddur. Palçıq vulkanları sərvətlərimizi üzə çıxarır. Onların əsasında sərvətimizin miqdarı öyrənilir. Azərbaycan çox zəngin ölkələrdən birdir. Bəzən deyirlər ki, neft qurtarır. Ancaq o bərpaolunan sərvətdir. İndi biz ərazilərin çirklənməsinə qarşı mübarizə aparmalıyıq. Müasir texnologiyalardan istifadə edərək ərazilərimizin çirklənməsinə icazə verməməliyik” – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk vulkan püskürməsi 1810-cu ildə Xəzərdə qeydə alınıb. Ötən 200 il ərzində Azərbaycanda (həm quru sahədə, həm də Xəzərin Azərbaycan sektorunda) 93 vulkanda 418 püskürmə olub.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …