Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İB regionlarda seminarı davam etdir – FOTOLAR

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İB regionlarda seminarı davam etdir – FOTOLAR

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tibbi tullantıların idarə olunması üzrə monitorinqlərin və maarifləndirmə işinin aparılması” layihəsi şərçivəsində Beyləqan, İmişli, Saatlı və Şirvan şəhərlərində tibbi tullantıların idarə olunması istiqamətində fəaliyyətlər davam etdirilir.  

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin Mətbuat Xidmətibdən bildirilib ki, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək məqsədilə Azərbaycan bir çox ekoloji konvensiyalara qoşulmuşdur. Bunlardan ən əhəmiyyətlisindən biri də ölkəmizin 2001-ci ildə qoşuldugu BMT-nin Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasıdır. Konvensiyanın ən əsas hədəflərindən biri tibbi tullantıların düzgün çeşidlənməsi, saxlanması və utilizasiyasıdır. Məhz bu istiqamətdə ölkəmizdə xeyli problemlər mövcuddur. Bu məqsədlə müvafiq regionlarda maarifləndirici xarakterli seminarlar  həyata keçirilib. Seminarlar Tibbi Ərazi İdarəetmə Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) hmən rayonlarında fəaliyyət göstərən Mərkəzi Rayon Xəstəxanalarında 20-25 nəfər tibb personalının iştirakı ilə keçirilib. Seminarda ekspertlər tərəfindən Tibbi tullantıların idarə olunması qaydaları barədə iştirakçılara geniş məlumatlar verilib. Eyni zamanda iştirakçılara maarifləndirici məqsədlə hazırlanmış xüsusi bukletlər paylanmışdır. Bazel Konvensiyasının tələbləri barədə geniş məlumatlar verilmişdir.

Həyata keçirilən seminarların  əsas məqsədi öklənin tibb personalına və xüsusilə tibbi tullantıların idarə olunmasına cavabdeh şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə qəbul etdiyi Tibbi tullantıların idarə olunma qaydaları haqqında marifləndirici xarakterli məlumatların çatdırılmasıdır. Eyni zamanda bu istiqamətdə sorgular və monitorinqlər həyata kieçirilib. Monitorinqlərin nəticələri üzrə hazırlanmış yekun hesabat sənədi müvafiq qurumlara təqdim olunacaq.

Seminarlarda “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin rəhbəri Rübabə Hüseynli və təşkilatın  ekspertləri ilə yanaşı Beyləqan, İmişli, Saatlı və Şirvan rayon İcra Hakimiyyəti orqanlarının əməkdaşları qonaq qismində iştirak etmişlər.

Bu istiqamətdə gələcəkdə digər bölgələrdə də layihələrin həyata keçirilməsi təşkilatın fəaliyyət planına daxil edilmişdir.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …