Cümə axşamı , İyul 2 2020
Ana səhifə / Sosial / Ehsan Zahidov DİN-in mətbuat xidmətinə rəis təyin olundu

Ehsan Zahidov DİN-in mətbuat xidmətinə rəis təyin olundu

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.
Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.
DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.
Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.

Həmçinin oxuyun

Dönərxanalar koronavirusun yayılma mənbəyidir

Koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkə ərazisində, xüsusən də karantinin tətbiq edildiyi şəhər və rayonlarda virusu …

Bir cavab yazın