Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / Əhaliyə XƏBƏRDARLIQ: Bu məhsul bahalaşacaq! 

Əhaliyə XƏBƏRDARLIQ: Bu məhsul bahalaşacaq! 

Ötən il ölkə daxilində ehtiyat hissələrinin qiymətində 10 faiz bahalaşma müşahidə olundu. Bahalaşmaya səbəb kimi, Ukrayna ilə davam edən müharibəyə görə Rusiyaya qoyulan sanksiyalar səbəbindən bu ölkənin Azərbaycan və Gürcüstandan ehtiyat hissələri tədarük etməsi göstərilir. 

Qiymət artımı istər ikinci əl, istərsə də yeni ehtiyat hissələrində də qeydə alınıb. Bəs görəsən 2024-cü ildə bu sahədə qiymət artımı gözlənilirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bu il də ehtiyat hissələri bazarında bahalaşmanın olacağını qeyd edib. O, qiymət artımını aşağıdakı səbəblərlə əsaslandırıb: 

“Nə qədər ki ehtiyat hissələri daxildə istehsal olunmur, xaricdəki proseslərdən asılı olacağıq. Bununla bağlı son zamanlar başqa problem də yaranıb. Çünki logistika qiymətlərində ciddi bahalaşma müşahidə olunur. Yük daşımaların vaxtı və məsafəsi kifayət qədər artıb. Səbəb isə Fars körfəzində, Hörmüz boğazında və Qırmızı dənizdə baş verən hadisələrlə bağlıdır. Bu ərazilərdə baş verən hadisələrlə əlaqədar yükdaşımalar zamanı ciddi gecikmələr özünü göstərir. Təbii ki, bu gecikmənin qiyməti məhsulun daşınma qiymətinin üzərinə gəlir. Məsələn, son 1 ayda daşıma konteynerlərinin kirayəsi 100 faiz artıb. Biz avtomobil ehtiyat hissələrinin tədarükündə xaricdən tam asılı vəziyyətdəyik. Bu proseslərin davam etməsi ehtiyat hissələrinin qiymətinin artmasına səbəb olacaq”. 

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …