Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Əfv Komissiyası toplanıb: “700 müraciətə baxmalıyıq”

Əfv Komissiyası toplanıb: “700 müraciətə baxmalıyıq”

Əliməmməd Nuriyev əfvin nə vaxt imzalanacağını bilmir

Aprelin 3-də Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxıldığı deyilir.

Bu barədə Meydan TV-yə komissiya üzvü Əliməmməd Nuriyev danışıb.

Komissiyanın növbəti toplantısının Ramazan bayramından sonra keçiriləcəyini söyləyən Əliməmməd Nuiyev əfv sərəncamının nə vaxt imzalanacağı barədə suala cavab verə bilməyəcəyini bildirib:

“Bu məsələ ölkə başçısının səlahiyyətindədir. Biz hələ 700-dən çox müraciətə baxmalıyıq”.

“Bəs sərəncam imzalanarsa, siyasi motovlə həbs olunanlara şamil ediləcəkmi?” sualına Ə.Nuriyev hazırda dəqiq cavab verə bilməyəcəyini deyib.

Sonuncu dəfə əfv sərəncamı 2023-cü ilin mayın 8-də eks-Prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanıb.

Sənədə əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Bu günədək 69 əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …