Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / DYP: Ötən gün 739 nəfər cərimələnib

DYP: Ötən gün 739 nəfər cərimələnib

Ötən gün xüsusi karantin rejimi qaydalarını pozan hərəkət iştirakçılarının sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14.05.2020-ci il saat 00:00-dan 15.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …