Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Sosial / DYP-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

O bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər:

“Yollarda diqqəti artırsınlar. Moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsizdir və təhlükəlidir.

Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, hündürmərtəbəli binaların, ağacların yanından hərəkət edərkən diqqətli olsunlar. Ehtiyac olmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırsınlar”.

Həmçinin oxuyun

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı – VİDEO

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib. Hadisə …