Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Dünya rekordu qıran azərbaycanlı tələbə niyə dövlətdən dəstək ala bilmir?

Dünya rekordu qıran azərbaycanlı tələbə niyə dövlətdən dəstək ala bilmir?

Azərbaycanlı məktəbli Şükran Mikayılzadə Türkiyə universitetlərinə qəbul üçün keçirilən imtahanlarda rekord nəticə əldə edib. Bu il Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin 11-ci sinfini başa vuran Şükran Mərmərə Universitetinə keçirilən qəbul imtahanında 98,43 bal toplayıb. Bu, dünya üzrə rekord nəticədir. 

17 yaşlı Ş.Mikayılzadə orta məktəb illərində hər zaman uğurları ilə fərqlənib. Şükran 2022-ci ildə Respublika Fənn Olimpiadasının final turunda 3-cü yeri tutaraq, bürünc medala layiq görülüb. O, 11-ci sinif buraxılış imtahanının nəticələrinə görə də qırmızı attestat alıb. Bundan əlavə, o, 6 dil bilir.  Şükran orta məktəbdə oxuduğu illərdə alman, ingilis, rus, türk və Koreya dillərini öyrənib. O, həkim olmaq və tibbin sirlərini öyrənmək üçün Mərmərə Universitetində ingilis dilində təhsil alır. İngiliscə tibb təhsili alan yeganə azərbaycanlı tələbədir. Əlavə Türkiyənin daha 7 prestijli universitetindən ingilis dilində tibb qazanıb. Şükranın atası Mühəndis Mikayılov deyir ki, müxtəlif rəsmi qurumlara müraciət etsə də, ona bu məsələdə dəstək olan tapılmayıb:  “Bircə ADA Universitetinin rektoru Hafiz Paşayev kömək təklif etdi. Hafiz müəllim bizi ailəvi ADA-ya  dəvət etdi və dedi ki “istəyirsinizsə, 100 faiz təqaüdlə qızınız ADA-da oxusun”. Amma qızım razı olmadı. Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə getdim. Mənə orada dedilər ki, dövlət proqramına düşmək üçün (təhsil aldığı universitetdə yataqxana ilə təmin olunması üçün) onların kriteriyalarına uyğun gəlmir. 6 dil bilgisi olan, dünya birincisi, 7 Türkiyə universitetini qazanan qızım niyə kriteriyalara uyğun gəlmədi ki?”

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini almağa çalışdıq. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri  Cəsarət Valehov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tələbə dövlət proqramından kənar xaricdə təhsil alırsa, bu zaman Təhsil Nazirliyi heç bir köməklik göstərə bilmir.

Təhsil eksperti Kamran Əsədov da bildirdi ki, dövlət proqramından kənar xaricə təhsil almağa gedən tələbələrə dövlət tərəfindən dəstək verilə bilmir: “Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil alması ilə bağlı bu günə qədər iki proqram  həyata keçirilib. Artıq onlardan biri bitib, digəri isə davam edir. Bunlar 2007-2015-ci illər və indiki 2022-2026-cı illər üçün hazırlanmış Dövlət Proqramıdır. Burada tibb təhsili alanlar nəzərdə tutulmur. Tibb üçün ayrıca olacaq. Əlbəttə ki, qeyd olunan tələbənin istedadlı olmasına baxmayaraq, təəssüf ki, mövcud qanunvericiliyin tələbinə görə Azərbaycan  yalnız öz ölkəsinin ərazisində təhsil alan şəxslərin təhsilinin bu və digər formada maliyyələşməsinə dəstək ola bilir. Amma bu, xarici ölkələrdə təhsil alan istedadlı tələbələrə aid edilmir. Həmin tələbənin valideynləri yalnız tanınmış şəxslərə, şirkətlərə, xeyriyyəçilərə müraciət edə bilər”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …