Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Dünya Bankı Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin etdi

Dünya Bankı Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin etdi

Dünya Bankının (WB) Azərbaycan üzrə yeni ölkə meneceri müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, yeni menecer indiyə qədər Bankın Avropa və Mərkəzi Asiya üzrə proqram meneceri olmuş Navid Həsən Naqvi (Naveed Hassan Naqvi) təyin edilib.

Yeni ölkə meneceri Dünya Bankında fəaliyyətinə 2004-cü ildə iqtisadi təhsil üzrə məsul vəzifəyə təyin edilməklə başlayıb. Bundan öncə isə o, Pakistan hökumətində bir sıra vəzifələrdə çalışıb.

N.H.Naqvi “Durham” və “Hull” universitetlərini bitirib.

Qeyd edək ki, Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun səlahiyyət müddəti bu ilin iyununda başa çatıb. O, hazırda karyerasını Liberiyada (Qərbi Afrika) davam etdirir.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın