Cümə , Oktyabr 7 2022
Ana səhifə / Sosial / Dünya Bankı: “Azərbaycanda illik temperatur 40 dərəcədən yuxarı olacaq”

Dünya Bankı: “Azərbaycanda illik temperatur 40 dərəcədən yuxarı olacaq”

Su ehtiyatlarının mövsümi və qeyri-bərabər paylanması səbəbindən Azərbaycanda su təchizatında çətinliklər yaranır.
Margin.az xəbər verir ki, bu barədə Dünya Bankı və Asiya İnkişaf Bankının birgə hazırladığı “İqlim Riski olan ölkələrin profili” hesabatında qeyd olunub.
Məlumata görə, ölkəyə iki əsas quraqlıq növü təsir edə bilər- meteoroloji (çox az yağış yağdığı zaman meydana gəlir) və hidroloji (mövcud su ehtiyatları orta səviyyədən aşağı olduqda baş verir) . Azərbaycan hər il orta meteoroloji quraqlıq ehtimalı ilə üzləşir. Yüksək temperaturun təsiri ilə su çatışmazlığı daha da böyüyür. Belə ki, isti havalar suvarma ehtiyacının artmasına səbəb olur. 
Bildirilib ki, Azərbaycan əsas buzlaq sahələri olan Qusarçay hövzəsində buzlaq sahəsi son yüzillikdə təxminən 50% azalıb. Bundan əlavə, qarşıdakı onilliklərdə temperatur artdıqca Xəzər dənizinin səviyyəsindəki azalma daha da sürətlənəcək və ölkədə illik temperaturun 40 ° C -dən yuxarı olacağı gözlənilir.

Həmçinin oxuyun

Səbuhi Əhmədovun qardaşına 11 min manat təyin olunub – RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin …