Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / DSMF aylıq 145 min manata yenə ofis icarəyə götürür

DSMF aylıq 145 min manata yenə ofis icarəyə götürür

Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi tender müsabiqələrinin qalibləri Abbasov Nurəddin Sovet oğlu (VÖEN – 3401497352) və Həsənova Qaze Həsən qızı (VÖEN – 1600110362) olub.
Yeniavaz.com xəbər verir ki, DSMF fiziki şəxslərdən icarə xidməti satın alacaq.
Belə ki, DSMF N. Abbasova Fond üçün anbar sahəsinin icarəsi xidmətinin satın alınmasına görə 30 min 780 manat (12 aylıq) ödəyəcək. DSMF 500 kv. metr qeyri-yaşayış sahəsi üçün aylıq 2565 manat ödəyəcək.
Q. Həsənova isə DSMF-nin iki ayrı tenderində qalib olub.
Fondun Maddi – Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına görə Q. Həsənova DSMF-dən 1 milyon 668 mim 600 manat (36 aylıq) alacaq. Dövlət Fondu 3000 kv. metr qeyri-yaşayış sahəsi üçün aylıq 46 min 350 manat ödəyəcək.
Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına görə isə DSMF Q. Həsənovaya 3 milyon 481 min 812 manat (36 aylıq) ödəyəcək. DSMF 10 min 300 kv. metr qeyri-yaşayış sahəsi üçün aylıq 96 min 717 manat ödəyəcək.
Həmçinin oxuyun:
DSMF daha bir ofis icarəyə götürür – Aylıq 27 min manata
DSMF aylıq 50 minə ofis icarəyə götürür – Tender

DSMF universitetdən yarım milyona ofis icarəyə götürür
DOST-un 426 minə icarəyə götürdüyü ofis kimindir? – Təfərrüat
Nazirlik icarəyə götürdüyü ofislərə milyonlarla vəsait xərcləyir – Siyahı
Nazirlik bu şəxslərə milyonlarla icarə haqqı ödəyir – Binası olmayan dövlət qurumları

Həmçinin oxuyun

Rəqsanə İsmayılova “sələmçi polis rəisinin” onun evini mənimsədiyini deyir

“Nəyə görə Polis İdarəsində işləyən rəis insanlara pul verib, camaatı aldatmalıdır?” Bu sözləri müğənni Rəqsanə …