Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / DSMF 2 banka 43 milyon manat ödəyəcək

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibləri “Kapital Bank” ASC (VÖEN – 9900003611) və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (VÖEN – 9900001881) olub.
Tender müsabiqəsində qalib olan hər iki bank DSMF-nin Dövlət Sosial Müdafiə Fondunun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə bank xidmətlərini göstərəcəklər.
Qeyd edək ki, sadalanan bank xidmətləri üçün DSMF “Kapital Bank” ASC-yə  9 ay (04.04.2024 – 31.12.2024) üçün 22 milyon 870 min 794 manat 28 qəpik, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə isə eyni dövr üçün 20 milyon 332 min 238 manat 82 qəpik ödəyəcək.
Onu da bildirək ki, əvvəlki illərdə DSMF analoji xidmətlər üçün “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə aşağıda qeyd olunan vəsaitləri ödəyib:

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …