Bazar , Yanvar 23 2022
Ana səhifə / Sosial / “Doymak” makaronunun içindən həşəratlar çıxdı – FOTO

“Doymak” makaronunun içindən həşəratlar çıxdı – FOTO

Bakıda mağazdan alınan makaronun içindən müxtəlif həşəratlar çıxıb.

Bu barədə paytaxt sakini Z.Ə (ad şərtidir) məlumat verib. Məlumatda bildirilib ki, “Doymak” şirkətinə məxsus iki bağlama makaronun içərisində müxtəlif həşəratlar olub. Alıcı bunun fərqinə qablaşdırmanı açdıqdan sonra varıb:

“Təəssüf ki, qablaşdırmanın içərisində müxtəlif həşəratların olduğunun fərqinə evə gəldikdən sonra vardıq. Makaronu tamamilə qurd basmışdı, qətiyyən yeyiləsi halda deyildi. Ona görə də hər iki qutunu zibil qabına atdım”.

Şikayətçinin sözlərinə görə, türk istehsalı olan məhsullarda belə hallara rast gəlinmir:

“Aldığımız makaron deyəsən, Azərbaycanda istehsal olunub. Çünki türk istehsalı olan məhsullarda belə halla rastlaşmamışam. Belə edirlər, sonra da yerli məhsulları alan olmur”.

Sfera.az Fotoları təqdim edirik

Həmçinin oxuyun

Təqaüddə olan hərbçilər pensiyalarının azaldılmasına görə nazirliyi ittiham edirlər

Hərbi təqaüdçülər – ehtiyatda olan hərbçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək pensiyaları …