Ana səhifə / Sosial / Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxdu

Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxdu

“Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxmaları ehtimal olunan əməkdaşları testdən keçirilib və Komitənin iki əməkdaşında virus aşkarlanıb”.

Bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat verib.

Onun sözlərinə görə, onlar hazırda müalicə olunurlar və vəziyyətləri yaxşıdır:

“Diasporla İş üzrə Dövlət Komitəsində qoruyucu tədbirlər davamlı olaraq həyata keçirilir, bütün qaydalara və təlimatlara ciddi əməl olunur. Komitənin inzibati binası mütəmadi olaraq dezinfeksiya edilir, hər gün işə gələn hər bir əməkdaşın bədən hərarəti ölçülür, sosial məsafə saxlanılır, xüsusi dezinfeksiyaedici maddələrdən və maskalardan istifadə olunur. Hər kəsə, o cümlədən əməkdaşlarımıza can sağlığı arzu edirik”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …